𐕝 (səslənməsi , transkripsiyası Ś, ś) — Alban əlifbasının 46-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Soy) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "Śoy" ola biləcəyini qeyd edir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-9 Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır, təkcə Aşot Abramyan bu hərfin Tüyr ilə əlaqəli olduğunu iddia etmişdir.Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması) Tədqiqatçılar bu hərfi udi dilindəki "š" hərfi ilə eyniləşdirirlər. Bu hərfə alınma sözlərdə rast gəlinmir.
Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐕝𐕒𐕡𐕌śumçörəkš
İstinadlar
Kateqoriya:Alban əlifbası