"What if?" () — Tatar mənşəli Rusiya müğənnisi Dinə Qaripovanın bəşəriyyətə mərhəmət və vəhdəti təbliğ edən həzin sülh balladası. Mahnı Rusiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmişdir.
Mahnı İstedadlı ifaçı Dinə Qaripovanın səsləndirdiyi "What if?" musiqi əsərinin sözləri və bəstəsi Qabriel Alares, Yoakim Byörnberq və Leonid Qutkin tərəfindən ərsəyə gətirildi. Mahnının sözləri bəşəriyyəti əbədi sülh və mərhəmətə səsləyən mühüm sual üzərində qurulmuşdur. İfaçı insanların eyni ulduzu paylaşmasına baxmayaraq, "Mənlik" duyğusu və kinlə silahlanan yer kürəsini "Kosmosda kiçicik bir ada" kimi səciyyələndirir. İsanları vəhdətə dəvət edən, şüar xarakterli "Nə olardı?" sualı kövrək mərhəməti özündə təcəssüm etdirməkdədir.
Buraxılış tarixi Ərazi Tarix Müddət Format Etiket Dünya üzrə 18 mart 2013 3:04 Rəqəmsal yükləmə Universal Music
Beynəlxalq arenada Avroviziya Mahnı Müsabiqəsi 2013
Rusiyanın milli yayım şirkəti (C1R) 19 fevral 2013-cü il tarixində daxili seçim üsulu vasitəsilə ölkəni 2013 Avroviziya Mahnı Müsabiqəsində Dinə Qaripovanın təmsil edəcəyini elan etmişdir. Seçilmiş mahnı 24 fevral 2013-cü il tarixində açıqlandı. Mahnı ifaçı tərəfindən ilk dəfə Moldova milli finalında təqdim edilmişdir.
2013 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalından uğurla böyük finala vəsiqə qazanan mahnı möhtəşəm finalda Maltadan sonra və Almaniyadan əvvəl, 10-cu nömrə altında ifaçı tərəfindən səsləndirilmiş və yekun səsvermə nəticələrinə əsasən 174 xal toplayaraq beynəlxalq yarışmanı 5-ci sırada tamamlamışdır.
2013 Yay Universiadası
Dinə Qaripova ifa etdiyi "What if?" mahnısını, Avroviziya arenasından sonra, daha bir beynəlxalq tədbirdə Tatarıstanın mərkəzi şəhəri Kazanda keçirilən 2013 Yay Universiadasının bağlanış mərasimində də səsləndirmişdir.
Çartlarda Mahnı İl Zirvə nöqtəsi Albom AlmaniyaBelçika Niderland İsveçrə Birləşmiş KrallıqPeak positions in the UK: For "What If?": "What if?" 2013 785951 75 161 Два шага до любви
İstinadlar
Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2013 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2013-cü ilin sinqlları