𐕉 (səslənməsi , transkripsiyası Ć, ć) — Alban əlifbasının 26-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Cʿoy) kimi verilmişdir. Bu qrafemin ermənicə adının oxunması mütəxəssislər arasında fikir ayrılığına səbəb olub. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Ćoy" olmalıdır, çünki tərkibində bu hərf olan bəzi Qafqaz alban sözlərinin udi ekvivalentlərində "č̣" hərfinə çevrilmişdir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Tədqiqatçılar bunun üçün üz mənasına gələn (ća) və sözünü nümunə gətirmişdir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ö olmalıdır.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 31 Sergey Murayevin fikrincə isə Y hərfinin bir forması idi.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 258 Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib.Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497
İstinadlar
Kateqoriya:Alban əlifbası