Müəllim (İngilis dilində Hichki, Hind dilində जोकर्) Sidharth Malhotranın rejissorluğu ilə 2018-ci ildə ekranlaşdırılan Hindistan filmi. Baş rolda Rani Mukherjeenin oynadığı bu film onun evlilik və ondan sonra dünyaya gətirdiyi qızlarına görə dörd illik yoxluğundan sonrakı ekrana qayıdışının birinci filmidir.

Süjet xətti Naina Mathur Tourette sindromundan əziyyət çəkir. O, müəllim olmaq arzusundadır, lakin xəstəliyinə görə ona iş verilmir. Bir gün ona St. Notker məktəbində iş təklif olunur və ona kasıb məhəllədən olan uşaqlardan ibarət 9F sinfi verilir. Nə məktəb direktoru, nə 9A sinfinin müəllimi — cənab Vadia, nə də uşaqların özləri bu işdə Nainanın müvəffəqiyyətinə inanırlar. Naina çətinliklə də olsa vəziyyətə nəzarət etməyi bacarır və tapşırığın öhdəsindən gəlir.

İstinadlar Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:Faciəvi komediya filmləri