Mattia De Şiliyo — A Seriyası klubu "Yuventus"dan icarə əsasında "Empoli" klubunda oynayan və İtaliya millisində sağ cinah müdafiəçisi kimi çıxış edən italiyalı peşəkar futbolçu.

Karyerası "Milan" klubunun yetirməsi olan Mattia, klubun gənclər sistemində bir neçə mövsüm keçirdikdən sonra 2011-ci ildə "Milan"ın əsas heyətində peşəkar debüt etdi və sonradan sağ və ya sol cinah müdafiəçisi kimi oynaya bilərək, iki dəfə "Supercoppa Italiana" titulunu qazanır. thumb|Mattia De Şiliyo Yuventusda, 2021 O,20 iyul 2017-ci ildə 12 milyon avroya "Yuventus" klubuna transfer edilir. O, klubla ilk mövsümündə "qızıl dubl" edir, ardınca daha iki ardıcıl A Seriyası çempionluğu titulunu və İtaliya Superkubokunu qazanıb.

Milli komanda səviyyəsində Mattia De Şiliyo 2013-cü ilin martında böyük komandada debüt etdi və o, 2013 FIFA Konfederasiyalar Kuboku (burada bürünc medal qazandı), 2014 FIFA Dünya Kuboku və UEFA Avro 2016 üçün İtaliya milli komandasına dəvət edilir.

De Şiliyo 29 avqust 2024-cü ildə "Empoli" tərəfindən bir illik icarə əsasında transfer edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri