Mardaani (tərcüməsi: Mərd) 2014-cü ildə Pradeep Sarkarın rejissorluğu və Aditya Çopranın prodüserliyi ilə çəkilmiş olan Hind dilli döyüş triller filmidir. Filmdə baş rolda Rani Mukerji, ikinci planda isə Jisshu Sengupta, Tahir Rac Bhasin və Saanand Verma oynayır. Filmin hekayəsi Hindistan mafiyası tərəfindən oğurlanmış yeniyetmə qızın işinə olan marağı nəticəsində insan alverinin sirlərini açmağa nail olan polis qadın Şivani Şivaci Roy ətrafında cərəyan edir.

22 avqust 2014-cü ildə kinoteatrlarda nümayiş etdirilən film, Mukerjinin ifası üçün təriflər alaraq müsbət rəylər əldə etmiş və kommersiya müvəffəqiyyəti olaraq meydana çıxmışdır. Bunun ardınca 2019-cu ildə Mardaani 2 adlı davam filmi təqdim edilmişdir. Mardaani 2-nin müvəffəqiyyətindən sonra isə istehsalçı 2019-cu ilin dekabrında Mardaani seriyasının mümkün üçüncü hissəsini elan etmişdir.

İstinadlar Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:2010-cu illərin feminist filmləri Kateqoriya:Hindistanın polis filmləri Kateqoriya:İngiliscə filmlər