Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri.

Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi.Дьяконов И. М. История Мидии. М. — Л., 1956 Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır.Меликишвили Г. А. Древневосточные материалы по истории народов Закавказья. I, Наири-Урарту, Тбилиси, 1954 , səh 41 Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumununДьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 144 adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994, səh 36 Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 145Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2007, səh 465

Etnonim

Manna və Mana yerli tələffüz forması məlum olmayan etnonimin assur və urartu dillərində yazılış formalarıdır və mannaların özlərini necə adlandırdıqları bilinmir. Er. əv. VII əsrin sonlarına qədər Asur və Urartu mənbələrində bu etnos Manna və Mana kimi qeyd olunsa da az sonra er. əv. 519-cu ilə aid fars dilində Bisütun qaya yazısında və er. əv. V əsrdə yaşamış və Midiya haqqında ətraflı məlumat vermiş Herodotun Tarix əsərində Manna yaxud Mana etnonimi yoxdur. Tədqiqatçılar bunu belə izah edirlər ki, Manna dövləti Midiyaya birləşdirildikdən sonra bu madaylara qaynayıb qarışmış və tarix səhnəsindən çıxmışlar.

Prof. Q. Qeybullayev qeyd edir ki, "mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində " maq" etnonimi çəkilmir. Lakin, qədim fars və yunan mənbələrində maq etnonimi işlədilir, Manna etnonimi isə göstərilmir. Maqlar Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki maq etnoniminin ekvivalentidir. Buradan manna və maq etnonimlərinin eyniliyi aydınlaşır. Manna ( Mana) etnosunun adı əslində Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən " nq" qovuşuq səsi danışıqda "q"səsinə keçmiş və manq etnonimi maq etnoniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: nq qovuşuq səsi bir halda "n"səsinə (məsələn, qədim türk mənşəli qonqur və donquz sözləri Azərbaycan dilində qonur və donuz kimi tələffüz olunur), digər halda "q" səsinə (məsələn, əsli qovanq olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli "tenqri" sözü xakaslarda "teqri", yakutlarda "dəqiri", balkar – karaçaylarda "teyri"kimidir) keçdiyinə görə Manqa etnonimi Maq formasını kəsb etmişdir. Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri manna (mana) etnonimi manqa etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir."Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994, səh 41 İlk dəfə bu məsələni Azərbaycan türkoloqu T. İ. Hacıyev açmışdır. O yazmışdır ki, Manna etnonimi türkmənşəlidir və onun ilkin forması Manqa ("nq"səsilə) olmuşdur.Cəlilov F. A. Azərbaycanın paleotoponimikasından. ―Azərbaycan onomastikası problemləri. Bakı, 1988, səh 131.

Etnik mənşəyi

Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Əksər iranşünaslar qeyd edirlər ki, mannalar hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Mannaların türkdilli olması fikri ilk dəfə akademik Y. B. Yusifov tərəfindən irəli sürülmüşЮсифов Ю. Б. Топономия древнего Азербайджана в клиногных источниках. "Проблемы Азербайджанской ономастики". II, Б; 1983 , səh 120-124 və sonra prof. Q. Qeybullayev tərəfindənГейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991 əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də manq etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır.

Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində "manqi" adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddurВалиханов Ч. Ч. Сочинения, тт. I—V, Алма-Ата, 1961—72, səh 29. Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar.Валиханов Ч. Ч. Сочинения, тт. I—V, Алма-Ата, 1961—72, səh 31

Bu etnonim qədim türk-monqollarda "manqut" (manq etnonimindən və türkcə cəm bildirən –ut şəkilçisindən) etnonimində qalmışdır. Cənubi-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adıБартольд. Сочинение, т. V. М., 1968, səh 202 manqut idi. Hazırda noqaylarda, qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxolКузеев Р. Г. Происхождение башкирского народа. М., 1974), manq sözündən (türk dillərindəki "q" səsinin monqol dillərində "x" səsi kimi tələffüzü səciyyəvidir) və – ol, -ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adıПотапов Л. П. Очерк истории алтайцев. Новосибирск, 1948 ), manq sözündən və – as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y. Q. Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdurРамстедт О монгольских былинах. Труды Троицко-Совского-Кихтинского отдела русского географического общества. Вып. Ш, №2—3, 1902 , səh 50; mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı Гумилев Л. Н. Древние тюрки. М., 1967 ,səh 255,296; mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adıКузеев Р. Г. Происхождение башкирского народа. М., 1974, səh 122; (man, qədim forması manq sözündən və – si,-şi şəkilçisindən,Гумилев Л. Н. Древние тюрки. М., 1967 ,səh 122; manqi, Altay dil ailəsinə mənsub tunqus – mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı Гумилев Л. Н. Древние тюрки. М., 1967 , səh 34; monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı; manqol, başqırdlarda türk tayfalarından birinin adı ; munqal və menqu, Tuvada türk tayfalarının adlarıИстория Тувы. М., 1964 , səh 183; munqet, xakaslarda bir tayfanın adıКызласов Л. Р. История Южной Сибири в средние века. М.. 1984. Qeyd edilməlidir ki, Altay dil ailəsinə mənsub dildə danışan tunqus – mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu, Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur.

Manq sözünün mənası məlum olmasa da onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edənДревнетюркский словарь, М., 1969 , səh 349) sözü ilə bağlılığı ehtimal edilir. Çingizin nəslindən Menku xanın (1251-1259) əsl adı Manqudur. Babək üsyanı yatırıldıqdan sonra ərəb xəlifəsi tərəfindən Azərbaycana göndərilmiş, Afşinin dayısı oğlu, əslən türk sərkərdə Manquçur (türkcə çur, monqolca sur, yəni qüvvətli, qüdrətli, vüqarlı, əzəmətli deməkdir;Радлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, IV,I, səh 672) adı da bu sözlə bağlıdır.

X əsrdə Şəkinin hakimi Məhacir (I), XII əsrdə Şirvanşah Mənuçöhr şəxs adları da çox güman bu sözdəndir. Manna (asurca) və Mana (urartuca) etnoniminin sonunu təşkil edən "a" səsinin mənşəyini müəyyənləşdirmək çətindir. Manqa forması Manq etnoniminin şumercə tələffüz forması olması və "a" səsi şumer dilində münasibət bildirən "a" – şəkilçisi olması güman edilir.Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967 səh 80

Toponimləri

Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur.

S u r i k a ş – Türkcə sori – alçaq,hamar dağ beli, iki dağ zirvəsini birləşdirən dağ keçidiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 517 və kaş – qaya, dağ çıxıntısı, kənar, sahilДревнетюркский словарь, М., 1969 , səh 431 sözlərindəndir. Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında indi Suridaş adlı kənd vardır. Balakən rayonundakı Soorqaş dağının adı ilə müqayisə olunur.

U i ş d i ş – Y.B.Yusifov bu toponimi türkcə Bişdiş (Beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırır.Юсифов Ю. Б. Топонимы и этническая история древнего Азербайджапа. "Материалы конференции о проблемах Азербайджанского ономастики". Баку, 1986, səh 107 O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi Beşbarmaq dağının adına əsaslanır.

İ z i r t a – Mannada bir şəhərin adı. Türkcə izir, izer – aşırım, dağ keçidi, dağ çökəyiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 230 və tay – tərəf sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ta komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır.Юсифов Ю. Б. Ранние контакты Месопотамии с северо-восточными странами (Приурмийская зона). ВДИ, 1987, № 1, səh 21-22 Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Q. Qeybullayevə görə bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında tay sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, Yakutiyadan Qazaxstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz tərəf, yer mənasındadır.Молчанова О, Т. Элемент "тай" в топономии Средней Азии и смежных территорий. "Ономастика Средней Азии". М., 1978, səh 81 V. V. Bartolda görə, qədim türk toponimlərində (məsələn, Altay) bu söz ölkə anlamını ifadə edir.Бартольд. Сочинение, т. V. М., 1968

U a u ş – Mannada bir dağın adı. Assur mənbəyində bu dağ əlçatmaz (sıldırım mənasında) dağ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır.Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 290 Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni dağ zirvəsi, yüksəklik, yaxud youş, yəni pis, düşmənРадлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV,III,I, səh 20 sözlərinin təhrifidir. Q. Qeybullayevə görə İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur.