Kalepodi katakombası — Roma katakombalarından biri. Burada eyniadlı Kalepodi ilə birlikdə papa I Kalikst və papa I Yulinin məzarları yerləşir. I Kalikst öz adını daşıyan katakombada yox, Kalepodi katakombasında dəfn edilmişdir. Bəzi iddialara görə, buna səbəb ikincinin imperator qvardiyasının nəzarəti altında olması idi. I Yuli IV əsrdə katakombada I Kalikstin daha mükəmməl məzarını ucaltmış və onu freskalar ilə bəzətmişdir. Bu məzar 1960-cı ildə aşkar edilmişdir.Reardon, 2004, p. 26.

İstinadlar

Əlavə ədəbiyyat Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc. ISBN 0-7864-1527-4

Xarici keçidlər Ünvan daxil olmaqla ziyarət üçün məlumat

Kateqoriya:Roma katakombaları Kateqoriya:Roma papalarının məzarları