İbrahim Ethem Atnur (; d. 02 mart 1966) – Türkiyə tarixçisi, tarix elmləri doktoru, Atatürk Universitetinin tarix şöbəsinin professoru

Həyatı və fəaliyyəti İbrahim Ethem Atnur 2 mart 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. 1989-cu ildə Ərzurumdakı Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin tarix bölümün məzunu olmuşdur. 1990-cı ildə Atatürk Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Həmin universitetdə 1991-ci ildə "Deportasiyadan dönən yunan və ermənilərin köçürülməsi" ("Tehcirden Dönen Rum ve Ermenilerin Yeniden İskânı") adlı çalışması ilə yüksək lisansını, 1996-cı ildə "Osmanlı yönətimindən Sovet yönətiminə qədər Naxçıvan (1918–1921)" adli dissertasiyası ilə doktorasını tamamlamışdır.

Uzun müddət Atatürk Universiteti Ədəbiyyat fakültəsi Tarix bölümü Cümhuriyyət tarixi şöbəsində mühaziərlər oxuyan professor İbrahim Atnur, 2009–2014-cü illər arasında Türk Tarix Qurumunda çalışmışdır. O, Türk Tarix Qurumunda Bilim Kurulunun və Türk Hərbi Tarix Komissiyası üzvü olmuşdur. 2002-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən Naxçıvan haqqındaki əsəri ilə araşdırma sahəsində ilin yazarı seçilmişdir.

2014-cü ildə İbrahim Atnura elmi fəaliyyətinə görə Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı tərəfindən "Xidmət Nişanı" verilmişdir. TRT tərəfindən tarixi mövzuda çəkilən 3 sənədli filmə elmi məsləhətçi olmuş və ssenari yazmış İbrahim Atnur Türkiyə və xaricdə çox sayda konqres, simpozium və konfransa qatılmışdır.

Yaradıcılığı İbrahim Atnur əksəriyyəti tarixi mövzuda yazılmış 10-dan artıq kitabın müəllifidir. Onun əsərlərində Naxçıvan tarixi ilə bağlı məsələlər geniş şəkildə araşdırılmışdır. Məqalələri "Atatürk Yolu", "Toplumsal Tarih", "Atatürk Ü. AİİTED", "Naxçıvan tarixinin səhifələri", "Erdem", "Yeni Türkiye" və başqa dərgilərdə yayınlanmışdır.

Ailəsi İbrahim Atnur evlidir, iki uşaq atasıdır.

Mükafatları Türkiyə Yazarlar Birliyinin "İlin yazarı" ödülü (2002) Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı "Xidmət Nişanı" (2014)

Əsərləri Muhtariyyat Arefesinde Nahçıvan, 1999 Türkiye'de Ermeni kadınları ve çocukları meselesi, 1915–1923, İstanbul: Babil Yayıncılık, 2005 Reis-i Cumhur'un Doğu İncelemeleri. Ankara: Ebabil Yayıncılık, 2006 Tehcirin Ardından — Meseleler — Uygulamalar. İstanbul: Hitabevi Yayınları, 2019 Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918–1921). Türk Tarih Kurumu Yayınları, 2020

Azərbaycanda yayınlanan kitabları Muxtariyyət ərəfəsində Naxçıvan. Türkcədən çevirəni: Q. Əsgərova. Naxçıvan: NDU, “Qeyrət” nəşriyyatı, 1999, 442 s. Osmanlı idarəçiliyindən Sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921). Azərbaycan dilinə çevirən: Q. İ. Əsgərova. Naxçıvan: “Əcəmi” NPB, 2013, 496 s.

İstinadlar