– Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.

Həyatı Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.

1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.

Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır. Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.

Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir. Daha sonra ətraf mühitin müdafiəsinə yönəlmiş və Kyuşu Universitetindən məzun olaraq alpinistlər tərəfindən atılan tullantıların təsirini öyrənmişdir.

Tabey 1996–2008-ci illərdə yeddi kitabın müəllif olmuşdur. Həyatının son dörd ilini xərçəng xəstəliyinə qarşı mübarizə aparmaqla keçirsə də, dırmaşmağa davam etmişdir. Son dırmanışını ölümündən 3 ay öncə məktəb ekskursiyası çərçivəsində Fuci dağına etmişdir.

Ailəsi Cunko Masanobu Tabey ilə evlənmişdir. Onun Noriko adlı qızı və Şinya adlı oğlu olmuşdur. Cunko Everest dağını fəth edən zaman Norikonun 3 yaşı var idi. Şinya da alpinist olmuş və Tokioda alpinizm salonu açmışdır.

Xatirəsi 1987-ci ildə kəşf edilmiş 6897 Tabey asteroidi onun adını daşıyır. Pluton planetində yerləşən bir dağ silsiləsinə 19 noyabr 2019-cu ildə onun şərəfində Tabey adı verilmişdir. 2025-ci ildə onun həyatından bəhs edən, Yaponiya istehsalı "Həyat üçün dırmaşmaq" filmi buraxılmışdır.

İstinadlar

Kateqoriya:Yaponiya alpinistləri Kateqoriya:Everesti fəth etmişlər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər