Xəlifəlilər (tam adı:Xəlifəli soyu) — VIII-ci əsrdə Xəlifə QiyasElbəyi CƏLALOĞLU — ƏVƏN YERİ , Bakı, 2020 indi ki Azərbaycan Respublikasının cənub ərazisində əsasən Yardımlı rayonunun Perimbel kəndində məskunlaşmış, nəsili günümüzə qədər davam etməkdə olan Azərbaycan xalqının tanınmış soylarından biridir. Soyun nümayəndələri 14 əsrdir Perimbel kəndində yaşamağa davam edir, dəfələrlə kənd yandırılmış, dağıdılmış, əhali köçürülmüş olsa da hər dəfəsində yenidən kəndə qayıtmışlar Xəlifə Qiyas və qardaşı Xəlifə KamalElmi-ədəbi toplu — DƏDƏ QORQUD , Bakı, 2014 ziyarətgahını bərpa etmişdir. Hazırda kəndin əksəriyyəti bu soydan 4 tayfanın davamçısıdır.

Soyun yaranması tarixi

Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas () 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal ()MƏQALƏLƏR TOPLUSU — AZƏRBAYCAN VƏ ƏHLİ-BEYT İRSİ , Bakı, 2014 ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili, 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 Tayfadan davam etməkdədir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- “Pirin qənşəri”, “Pirin məkanı mənasında” – “Pirin beli” mənasındadı. Qardaşlardan Kamal(ərb:Kamaləddin) gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Xalifə Qiyas ömrünü Perimbel kəndində başa vurmuş, məzarı Pir kimi fəaliyyət göstərməkdədir. Günümüzdə Perimbel kəndinin əksər hissəsi Xəlifə Ğiyasın 4 oğlunun nəslinin nümayədələrindən ibarət olmaqdadır. Yaxın tarixə baxsaq son 2 əsrdə Çar Rusiyası və Rus imperiyası tərəfindən Perimbel kəndi 4 dəfə dağıdılıb, evlər yandırılıb, əhalisi represiya qurbanına çevrilib, hər dəfə müəyyən illərdən sonra öz əhalisi tərəfindən bərpa etmişdir.

Soyun yayılma cografiyası Ölkələr : , , , , , , , . : , Perimbel, Babalı, Cerimbel, Yardımlı, Biləsuvar, Göygöl, Ucar. Soyadlar : Abbasov, Ağayev, Həşimov, Sultanov, Fətiyev, Həsənov, Əliyev, Xurşidov Tədqiqatçılar oykonimi VII əsr və VIII-ci əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından birinin adı ilə və ya pirembel tayfasının babalı tirəsinin adı ilə bağlayırlar. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Atributlar Kökü Bəni Haşim sülaləsinə söykənən Xəlifəlilər (Xəlifə Qiyasdan törəyən nəsil adı) soyunun rəmzi bayrağı və gerbinin təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi vardır. Elvin Abbasovun illərdir yürütdüyü tədqiqatlar nəticəsində bir çox arxiv sənədlərinə baxılmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Gürcüstan Milli Arxivi, Sankt-Peterburqun Mərkəzi Dövlət Tarix Arxivi, İranın bir neçə seyidşünas dəftərxanaları, Osmanlı arxivləri araşdırılmışdır. Soyun tanınmış və yaşlı nümayəndələri ilə məşvərət edilmişdir.

Bayraq Xəlifə Qiyas soyuna tərtif edilmiş Bayraq Rənglər : Yaşıl, Ağ Atrebutların sayı : 14 Rəmzlər : 1 günəş, 1 ay, 12 ulduz. Vizual Təsvir : İslamın rəngi olan Yaşıl fondan istifadə edilib, ortada Günəş və ay, günəş üstdə, ay altda olmaqla ətrafında dairə formasında 12 ulduz. Atrebutların təmsili : Günəş - İslam Peygəmbəri, Ay - Hz Fatiməni, Ulduzlar -12 imamları təmsil edir.

Gerb Xəlifə Qiyas soyuna tərtif edilmiş Gerb

Xəlifə Qiyasın oğulları Şahruq ibn Qiyas Ağa Məhəmməd ibn Qiyas Məhəmməd Rahim ibn Qiyas Xəlifə Məhəmməd ibn Qiyas Xəlifə Qiyasın soyu, dörd oğlundan dörd tayfa olaraq bir çox soyad ilə Azərbaycan, Rusiya İran, Türkiyə və daha bir çox ölkədə 50 min-dən çox nümayəndəsi yaşamaqdadır.

Xəlifə Qiyasın Şəcərəsi thumb|250px|right|test Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Ğiysəddin (az:Xəlifə Qiyas) ibn Saleh Şahruq ibn Ğiysəddin (az:Xəlifə Qiyas) Əlvənd Kamal Əlvənd Şahruq Saleh Yarməmməd

Soya mənsub ziyartgahlar Xəlifə Qiyas ziyarətgahı - Yardımlı Rayonu, Perimbel kəndi. Xəlifə Kamal ziyarətgahı - Yardımlı Rayonu, Perimbel kəndi. Mir Sultan ağa ziyarətgahı - Biləsuvar Rayonunda,

Soyun məşhur nümayəndələri Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi. Mircəfər Həsənov — Pedaqogika üzrə fəlsəfə doktoru, professor Əzəm Ağayev — Tibb Universitetinin Professoru Anar Ağayev Əzəm oğlu — Həkim Professor Mirkamil Əliyev — Professor Mirşahin Ağayev Mirəşrəf Fətiyev Elvin Abbasov

Mənbə İmam Səccad (İmam Zeynul-Abidin (ə)) Azərbaycanın əsrarəngiz gözəl təbiətli rayonu: Yardımlı Facebook Yardımlı Perimbel kəndi Yardımlı Xəlifəlilər → "Xəlifə Qiyas" soyunun tədqiqatçısı Elvin Abbasov

İstinadlar

Həmçinin bax Xəlifə Qiyas Xəlifə Kamal Elvin Abbasov Azərbaycanda İslamın yayılması

Kateqoriya:Azərbaycan şəxsləri Kateqoriya:Soylar