Səudiyyə Dəmiryolu Şirkəti — Səudiyyə Ərəbistanı dəmir yolu şəbəkəsini idarə edən iki dəmir yolu şirkətindən biri. İkinci dəmir yolu şirkəti Səudiyyə Dəmir Yolları Təşkilatıdır.
Səudiyyə Dəmiryolu Şirkəti 2006-cı ildə yaradılmışdır, 2,750 km uzunluğunda 1435 mm-lik xətləri idarə edir. Şirkətin baş ofisi Ər-Riyadda yerləşir.
Səudiyyə Dəmir Yolları Təşkilatı və Səudiyyə Dəmiryolu Şirkətinin birləşməsinə razılıq 2021-ci ilin fevralında elan edilmişdir.
İstinadlar
Kateqoriya:2006-cı ildə yaradılmış təşkilatlar Kateqoriya:Səudiyyə Ərəbistanı şirkətləri Kateqoriya:Dövlət İnvestisiya Fondu