– ABŞ-nin Los-Anceles şəhərinin Kiçik Tokio bölgəsində yerləşən muzey. Yaponəsilli amerikalıların mədəniyyətinə həsr olunmuş ilk muzeydir.
Tarixi Muzeyin yaradılması üçün ilk cəhdlər 1980-ci illərin əvvəllərində başlamışdır. Kiçik Tokio biznesmenləri və 442-ci piyada alayının veteranları 1982-ci ildə Los-Anceles Qraflığı Milli Muzeyində "Yaponəsilli amerikalı əsgər" sərgisi təşkil etmiş və daimi muzey üçün yer axtarmağa başlamışdırlar. Muzeyin əsası 1985-ci ildə qeyri-maddi institut kimi qoyulmuş və baş qərargahı tərk edilmiş Nişi Honvanci Buddist Məbədi olmuşdur. Los-Anceles inkişaf agentliyi və Kaliforniya ştatının qanunvericiliyi muzey layihəsi üçün vəsait ayırmışdır.
1990-cı ildə muzeyin təməlatma mərasimi baş tutmuş və məbədi muzeyə çevirmək üçün işlərə başlanmışdır. 1992-ci ildə muzey rəsmi olaraq açılmışdır. 1996-cı ildə muzey üçün memar Qyo Obata tərəfindən dizayn olunmuş 7.800 m2-lik yeni pavilyonun tikintisi başlamışdır. Pavilyonun açılışı 1999-cu ildə baş tutmuşdur.
Xüsusiyyətlər Muzeyin 1999-cu ildə açılmış pavilyonunda muzeyin əsas sərgiləri, resurs mərkəzi, həyat tarixi studiyası, işçi ofisləri və Robert Murase tərəfindən dizayn olunmuş bağça yerləşir. Burada həmçinin muzeyin daimi sərgisi olan "Ortaq zəmin: İcmanın ürəyi" keçirilir. Bu sərgi çərçivəsində ABŞ yaponların həyatı artifaktlar, fotolar və filmlərlə nümayiş etdirilir.
Muzeydə İkinci dünya müharibəsi zamanı ABŞ yaponların həbsinə həsr olunmuş təqdimat yer alır. Bu təqdimata videolar, məktublar, Manzanar düşərgəsinin modeli və Hart dağı düşərgəsindəki bir kazarmanın rekonstruksiyası daxildir. Muzeyin resurs mərkəzində ABŞ yaponların tarixinə və ədəbiyyatına dair böyük kolleksiya saxlanılır. Resurs mərkəzinin kolleksiyasında axtarış aparmaq üçün veb-sayt fəaliyyət göstərir.
Muzey digər muzeylər və icmalarla əməkdaşlıq edir, Havay adalarında keçirilən sərgilərə sponsorluq edir. Muzey film ekranlaşdırmalarına, konfranslara, mühazirələrə, imza günlərinə və ABŞ asiyalıları haqqında canlı teatrla ev sahibliyi edir. Yapon icması muzeyə güclü dəstək verir və könüllülərlə birlikdə fəaliyyət göstərir. Muzeyin 50.000 üzvü, eləcə də, 50 ştat və 16 ölkədə donorları var.
Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:1992-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yapon incəsənəti muzeyləri Kateqoriya:Kaliforniya muzeyləri Kateqoriya:ABŞ yaponları Kateqoriya:ABŞ-dəki incəsənət muzeyləri Kateqoriya:ABŞ-dəki tarix muzeyləri Kateqoriya:Los-Anceles tikililəri