thumb|Ukraynanın Dnepr şəhərindəki bir küçədə "Rus döyüş gəmisi, sikdir get" yazılmış bir lövhə.

"Rus döyüş gəmisi, sikdir get" (, ) — 2022-ci il fevralın 24-də rus qoşunlarının Ukraynanın İlan adasına hücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri.Dan Lamothe, Claire Parker, Andrew Jeong, Reis Thebault, Maite Fernández Simon: Russia says flagship missile cruiser has sunk after explosion off coast of Ukraine , Washington Post, April 14, 2022, retrieved 14 April 2022 Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar.

Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır.

28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir.

Qeydlər

İstinadlar

Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:İfadələr Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:İnternet memləri