və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur.

Həyatı Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.

Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır. 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.

Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur. 1897-ci ildə Tokio Universitetinin prezidenti seçilmiş, 1898-ci ildə təhsil naziri vəzifəsini yerinə yetirmişdir.

Herbert Spenserin mədəni təkamül nəzəriyyəsinin müdafiəçisi olan Toyama yapon yazı sistemini daha "proqressiv" latın qrafikalı əlifba ilə əvəz etməyi təklif etmiş və bu ideyanı yaymaq üçün Romacikay adlı təşkilat yaratmışdır. O, poeziya və dramaturgiya ilə maraqlanmış, İnoue Tetsuciro və Yatabe Ryokiçi ilə birlikdə 1882-ci ildə "Şintayşi şo" adlı poeziya kitabı yazmışdır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Yaponiya şairləri