Hollandiya qraflığı — Ərazisi Niderlandın indiki Şimali Hollandiya və Cənubi Hollandiya əyalətlərinə uyğun gələn tarixi ərazi. Ərazi 938-ci ildən 1433-cü ilə kimi Müqəddəs Roma İmperiyasının mülku olub. Sonra 1433-cü ildən Burqundiya Niderlandının bir hissəsi, 1482-ci ildən Habsburq Niderlandının bir hissəsi və 1581-ci ildən 1795-ci ildə baş vermiş "Bataviya İnqilabı"na qədər bir hissəsi olaraq qaldığı Yeddi Birləşmiş Əyalət Respublikasının aparıcı əyaləti idi.
Qraflığın yaranması və etimologiya Əvvəlcə Hollandiya ərazisində frizlər yaşayırdı. Ən qədim mənbələr Vli boğaznın qərbində Friziya (həmçinin Qərbi Friziya kimi də tanınır) kimi dəqiq müəyyən edilməmiş qraflığa istinad edirlər. 1101-ci ildən əvvəlki mənbələr Friziya qraflarından danışırdılar, lakin məhz bu ildə Hollandiya qrafı kimi "II Floris"in adı çəkilir (). Hollandiya sözünün kökünün, Qədim Niderland dilindəki holt lant yəni "meşəlik torpaq" sözündən gəldiyi düşünülür. Hollandiya qrafları 1291-ci ildə "V Florisin" özünü Hollandiya və Zelandiya qrafı, Frizlandiyanın ağası adlandırmaq qərarına gələnə qədər, ümumiyyətlə, bu vahid titulu saxlamışdı. Hollandiya Eno, Bavaria-Ştraubinq və Burqundiya Hersoqluğu ilə birləşdirildikdən sonra da bu titul istifadə edilmişdir. Bu titul zaman keçdikcə əhəmiyyətini itirdi və ən sonuncu dəfə İspaniya kralı II Filipp tərəfindən istifadə olundu.
İstinadlar
Kateqoriya:Müqəddəs Roma imperiyasının qraflıqları Kateqoriya:Niderland tarixi Kateqoriya:XI əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Avropanın tarixi dövlətləri