Otenio Lotar Frans Anton Lui Abel (; ) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur.

Həyatı Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.Абель Отенио. Энциклопедический словарь. 2009.

İstinadlar

Əlavə ədəbiyyat Давиташвили Л. Ш. История эволюционной палеонтологии от Дарвина до наших дней. — 1948. А. О. Глико. Иностранные члены Российской академии наук XVIII—XXI вв.: Геология и горные науки. — 2012.

Kateqoriya:Avstriya paleontoloqları Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri