Otto Henri (; ) 1569-cu ildən 1604-cü ilə qədər Pfals-Sulzbax hersoqu.

Həyatı Otto Henri 1556-cı ildə Amberqdə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailədəki beşinci övlad idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları özü və dörd qardaşı arasında bölündü — Otto Henri Sulzbax-Rosenberq ətrafındakı ərazini aldı. Otto Henri 1604-cü ildə Sulzbaxda öldü və Lauinqendə dəfn edildi. Sağ qalan oğulları olmayan Henrinin torpaqları Pfals-Neyburq hersoqu olan qardaşı Filipp Lüdviqə miras qaldı.

Ailəsi Otto Henri 25 noyabr 1582-ci ildə Vürtemberq hersoqu Kristofun qızı Dorotea Maria (3 sentyabr 1559 – 23 mart 1639) ilə evləndi və bir neçə uşaqları oldu:

Lüdviq (6 yanvar (1584 – 12 mart 1584) Anna Elizabet (19 yanvar 1585 – 18 aprel 1585) Georq Frederik (15 mart 1587 – 25 aprel 1587) Dorotea Sofiya (10 mart 1588 – 24 sentyabr 1607) Sabina (25 fevral 1589 – 1 sentyabr 1645), 1625-ci ildə Vartenberqli baronu Georq ilə evləndi. Otto Georq (9 aprel 1590 – 20 may 1590) Süzanna (6 iyun 1591 – 21 fevral 1661), 1613-cü ildə Pfals-Lützelştayn-Quttenberq hersoqu II Georq İohann ilə evləndi. Mariya Elizabet (5 aprel 1593 – 23 fevral 1594) Anna Sibilla (10 may 1594 – 10 dekabr 1594) Anna Sofi (6 dekabr 1595 – 21 aprel 1596) Maqdalena Sabina (6 dekabr 1595 – 18 fevral 1596) Dorotea Ursula (2 sentyabr 1597 – 25 mart 1598) Frederik Kristian (19 yanvar 1600 – 25 mart 1600)

Kateqoriya:Vittelsbax sülaləsi Kateqoriya:Bavariya tarixi