Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru () — Yunanıstanın şimal-şərqindəki və Bolqarıstanın cənubundakı Stara Zaqora regionundakı milli təbii qaz ötürmə sistemləri arasında birbaşa əlaqə yaradan boru kəməri. Ümumi uzunluğu 182 km-dir. Dəyəri — 240 milyon avrodur. Planlaşdırılan layihə gücü ildə 3 milyard m3 təbii qazdır
Tarixi thumb|250x250px| Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev interkonnektorun açılış məraimində. 1 oktyabr 2022-ci il, Sofiya.
Qaz kəmərinin tikintisi 2017-ci ilə nəzərdə tutulmuşdu. 22 may 2019-cu il tarixində Kirkovo rayonunda interkonnektorun əməlqoyma mərasimi baş tutmuşdur. Boru kəməri onun operatoru olan "ICGB AD" tərəfindən tikilir. Tikintidə Bolqarıstanın "Bulgarian Energy Holding"i, Yunanıstanın "DEPA" və İtaliyanın "" şirkətləri iştirak emişlər.
25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur. Tikinti 2022-ci ilin iyulunda başa çatmışdır. Rəsmi açılış mərasimi 8 iyul 2022-ci ildə baş tutmuşdur. 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılmışdır. İlkin olaraq ildə 1 milyard m3 qazın verilməsi, sonra isə həcmin ildə 3 milyard m3-dək artırılması nəzərdə tutulur. Boru kəməri 75 bara qədər maksimum təzyiqdə işləmək üçün nəzərdə tutulmuşdur. 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.
İstinadlar
Kateqoriya:Təbii qaz boru kəmərləri Kateqoriya:2022-ci ildə yarananlar