Cessna 150 yüngül təyyarə. Cessna şirkəti tərəfindən istehsal olunmuşdur. 1957-ci ildən 1977-ci ilədək 23949 ədəd istehsal olunub. Cessna 150 sadə və etibarlı təyyarə hesab olunur. Bu xüsusiyyətinə görə yeni başlayan pilotların öyrədilməsində ən çox istifadə olunan təyyarələrdən biridir.

Taktiki-texniki xüsusiyyətləri Ekipaj: 1 nəfər Sərnişin 1 nəfər Uzunluğu: 7,3m Qanad genişliyi: 10,2 m Hündürlüyü: 2,6m Boş çəki: 509 kq Yüklü çəki: 711 kq Maksimum qalxma ağırlığı: 730 kq Güc təminatçısı: 1xContinental O-200-A Yanacaq çəni: 85 l Yanacaq sərfiyyatı: 23 l/saat Maksimum sürət: 259 km/saat Kreyser sürəti 198 km/saat Məsafə: 678 km Uçuş tavanı: 4300 m Yüksəkliyə qalxma sürəti: 3,4 m/s