İkili rol (ingilis dilində dual role), ikiqat rol və ya dubl rol (ingilis dilində double role) hər hansısa bir filmin, tamaşanın və ya serialın çəkilişləri zamanı iki rol oynayan bir aktyora aiddir. İkili rollar (yaxud da aktyor üçün ikidən daha çox rollar ola bilər) bilərəkdən ssenariyə yazıla bilər və yaxud da bunun əvəzinə çox vaxt aşağı büdcəli filmlərin çəkilişləri zamanı edilən seçimlərdən biridir. Film və televiziyada ikili rollar çox vaxt komik effektlər üçün və ya eyni yumurta əkizlərini və ya qohumları təsvir etmək üçün istifadə olunur. Birdən çox aktyorun birdən çox obrazı canlandırdığı teatr tamaşalarında buna bəzən “Dəmir adam” (ingiliscə “Ironman”) heyəti də deyirlər. Kateqoriya:Aktyor sənəti Kateqoriya:Film aktyorları Kateqoriya:Film və video terminləri Kateqoriya:Teatr terminləri
Kaynak ve lisans
Kaynak: Wikipedia — İkili rol · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.