Rəşad Mukim oğlu Abdullin (ç ;Агеенко Ф. Л. Абдуллин Ришат // Словарь собственных имён русского языка. Ударение. Произношение. Словоизменение. — М.: Мир и Образование; Оникс, 2010. — С. 55. — 880 с. — ISBN 5-94666-588-X, 978-5-94666-588-9. ) — Qazaxıstan və SSRİ opera müğənnisi (bariton). SSRİ xalq artisti (1967).Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 1. А — Ангоб. 1969. 608 стр., илл.; 47 л. илл. и карт, 1 отд. л. табл.
Həyatı 1 mart 1916-cı ildə indiki Qazaxıstanın Öskemen şəhərində, tatar ailəsində anadan olmuşdur. 12 yaşından əkiz qardaşı Müslümlə birlikdə Belousovski mədənində arabaçı işləyərək atasına kömək etmişdir.
1933–1935-ci illərdə Alma-Ata Musiqi və Dram Texnikumunda, 1936–1939-cu illərdə A. İ. Vişnevski adına Moskva Konservatoriyası nəzdində Qazax studiyasında təhsil almışdır.
1939–1985-ci illərdə Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə Sov.İKP sıralarına daxil olmuşdur. 12 sentyabr 1988-ci ildə Alma-Atada vəfat etmişdir. Kensay qəbiristanlığında dəfn edilmişdir.
Təltif və mükafatlar Qazaxıstan SSR xalq artisti (1947).Абдуллин, Ришат Мукимович // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. (CC BY-SA 3.0) SSRİ xalq artisti (1967) Qazaxıstan SSR Dövlət Mükafatı (1978) Oktyabr İnqilabı ordeni "Qırmızı əmək bayrağı" ordeni (1959) "Xalqlar dostluğu" ordeni (1986)
İstinadlar
Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:Qazaxıstan müğənniləri Kateqoriya:Baritonlar Kateqoriya:XX əsr opera müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri