Leo (, əsl adı Arakel Qriqoryeviç Babaxanyan; ) — erməni tarixçisi və yazıçısı. O, İrəvan Universitetinin professoru olmuşdur.
Həyatı Arakel Babaxanyan Rusiya imperiyasında, Şuşa şəhərində anadan olmuşdur. O, məktəbi bitirmiş, özünütəhsillə məşğul olmuşdur. Nersisian, M. G. "Prof. Leoyi patmagitakan zharangut'yune," [Professor Leo's Historiographical legacy], in Yerkeri Zhoghovatsu [Collected Works], eds. Z. Grigorian et al. Yerevan: Hayastan Publishing, 1966, vol. 1, pp. iv-vii. Şuşada və Bakıda "Aror" erməni mətbəəsində, Qazaryan qardaşları mətbəəsində notarius işçisi, teleqraf və menecer kimi işləmişdir. 1895–1906-cı illərdə "Mşak" qəzetinin əməkdaşı, redaktoru olmuşdur. 1906–1907-ci illərdə Gevorq seminariyasında dərs demişdir. 1924-cü ildən ömrünün sonuna kimi İrəvan Universitetində dərs demişdir. Harutyunian, Sh. R. and A. K. Ohanian. s.v. "Leo ," Armenian Soviet Encyclopedia. Yerevan: Armenian Academy of Sciences, 1978, vol. 4, pp. 566-567.
Elmi fəaliyyəti O, XX əsrin əvvəllərində Ermənistan tarixinin və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatlar dərc etdirmişdir. Onun erməni mətbuatının tarixinə, Rusiyadakı erməni kilsəsinin rəhbəri İosif Arqutinskinin, XIX əsrin ictimai xadimləri, publisistləri və tənqidçiləri Stepan Nəzəryan və Qriqor Artsruninin həyat və fəaliyyətinə həsr olunmuş erməni dilində monoqrafiyaları var.
Ömrünün son illərində Ermənistanın çoxcildlik tarixi üzərində işləmişdir.
İstinadlar
Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Şuşa yazıçıları Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Ermənistan publisistləri Kateqoriya:Ermənistan memuarçıları