İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). İstifadəsi Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. Növləri Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirən maddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir. Adsorbsiya indikatoru - çökdürmə üsulu ilə müəyyən edilən son titirləmə nöqtəsində onun rəngini dəyişən maddələr (məs. eozin və fluorssein boyaları). Xemilüminssent indikatoru - titirləmənin son nöqtəsində işıqsaçan maddələr (məs. lüminol, siloksen).

Mənbə A. Məhərrəmov, M.Allahverdiyev və b. "Kiçik kimya ensiklopediyası", Bakı-1997. Kateqoriya:Kimya Kateqoriya:Maddələr Kateqoriya:Kimyəvi reaksiyalar Kateqoriya:Kimyəvi maddələr