Məhəmməd Kürd Əli () () — Suriya yazıçısı, tarixçisi, jurnalisti, pedaqoqu, ictimai xadimi.

Həyatı Kasıb kürd torpaq sahibinin ailəsində anadan olmuşdur. Anası çərkəz mənşəli idi. 1892-ci ildə Fransa missionerlik məktəbini bitirmişdir. XIX əsrin sonlarından jurnalistika ilə məşğul olmuşdur. O, Misir maarifçiləri Məhəmməd Abdo, Mustafa Kamil və başqalarından təsirlənmişdir. 1908-ci ildə Dəməşqdə ictimai-siyasi və ədəbi jurnalı olan "Əl-Müqtabas"ı təsis etmiş, lakin jurnal tezliklə Osmanlı hakimiyyəti tərəfindən antitürk olduğu üçün qadağan edilmişdir. 1919-cu ildə yaradılmasının təşəbbüskarı və Dəməşqdə Ərəb Elmlər Akademiyasının ilk prezidenti olmuşdur.Голубовская К. К. КУРД АЛИ́, Мухаммед Фарид // Краткая литературная энциклопедия.

İstinadlar

Əlavə ədəbiyyat Dahan S. M. Kurd Ali: notice biogra­phique // Vol. 1. Damascus, 1956. Джабри Ша­фик. Мухаммед Курд Али. — Каир, 1957. (На арабском языке). Hermann R. Kulturkrise und konservative Er­neuerung: M. Kurd Alї und geistige Leben in Da­maskus zu Beginn des 20. Jahrhunderts. — Frankfurt-am-Meine; New-York, 1990.

Kateqoriya:Suriya yazıçıları Kateqoriya:Suriya tarixçiləri Kateqoriya:Suriya jurnalistləri Kateqoriya:Kürd yazıçılar Kateqoriya:Kürd tarixçilər Kateqoriya:Kürd jurnalistlər Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XXI əsr tarixçiləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Maarifçilər