Yusif İmanov () — Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın qapıçısı.Yusif İmanov Soccerway

Karyerası

Sabah 16 yaşından "Sabah"da çıxış edir. 19 mart 2022-ci ildə Yusif Azərbaycan Premyer Liqasında "Sabah"ın heyətində "Səbail"ə qarşı oyunda debüt etmişdi. 11 iyul 2025-ci ildə klubla olan müqaviləsini ləğv etdi və səbəb kimi "göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması"nı göstərmişdir. “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxıb, 34 matçda qapısını toxunulmaz saxlayıb.

Malişeva Klubdan ayrıldıqdan sonra 2025-ci ilin avqustunda Kosovonun "Malişeva" klubuna keçmişdir.

Kəpəz 15 noyabr 2025-ci ildə "Kəpəz"ə transfer olundu. 2026-cı ilin avqustunda Yusif İmanovla "Sabah" arasında müqavilə şərtləri və maliyyə məsələləri ilə bağlı hüquqi mübahisə yaranmışdır. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi futbolçunun xeyrinə qərar çıxarsa da, "Sabah" FK qərardan narazı qalaraq hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini açıqlamışdır. 7 iyul 2026-cı ildə klubdan ayrılmışdır. "Kəpəz"də ümumilikdə 18 çempionat görüşündə 23 top buraxıb.

İmişli 14 iyul 2026-cı ildə "İmişli"yə keçib və onunla birillik müqavilə imzalanıb. Misli Premyer Liqasının II turunda "Zirə" ilə qarşılaşmada ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. 1:3 hesablı məğlubiyyətlə yekunlaşan görüşdə İmanov 100 oyunda 101 top buraxıb. O, turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. İmanov buna nail olan 39-cu qapıçıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Malişeva FK futbolçuları