Zeynəb Mübariz qızı Hümmətova () — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc medala, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Zeynəb Hümmətova həm də 2018, 2019, 2021, 2022 və 2023-cü illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə etdi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.
Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
Həyatı Zeynəb Mübariz qızı Hümmətova 1999-cu il dekabrın 6-da Şəki şəhərində anadan olub. Altı yaşından idmanla məşğul olur. Ocaq İdman Klubunun üzvüdür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.
Subaydır.
Karyerası Zeynəb Hümmətova 2015-ci ilin fevralında Macarıstanın Budapeşt şəhərində baş tutan Gracia Cup beynəlxalq turnirində mübarizə apardı. Komanda turnirində Zeynəb Hümmətova üç qızıl medala sahib oldu.
Daha sonra Zeynəb Hümmətova martda baş tutan Birgə Açıq Azərbaycan Çempionatında mübarizə apardı və bürünc medalın sahibi oldu.
2018-ci il: İspaniyada Avropa Çempionatının "bürüncü" 2018-ci ildə Zeynəb Hümmətova bədii gimnastlardan ibarət Azərbaycanın əsas qrupunun heyətinə dəvət edildi. Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrupun birinci turniri 24–25 martda Fransanın Tyer şəhərində baş tutan Fransa Qran-Prisi beynəlxalq turniri oldu. Komanda əvvəlcə 3 top / 2 iplə turnirdə mübarizə apardı və qrupun çıxışı referilər tərəfindən 15.050 balla qiymətləndirildi. Daha sonra qrup beş halqa ilə turnirdə çıxış etdi və gimnastların çıxışı 17.050 balla qiymətləndirildi. Bununla da ümumi nəticədə qrup 32.100 balla turnirin bürünc medalına sahib oldu. Həm 3 top / 2 iplə turnirdə, həm də 5 halqa ilə turnirdə təsnifat mərhələsini üçüncü pillədə başa vuran qrup final mərhələsinə vəsiqə qazandı. Komanda əvvəlcə 5 halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 18.000 balla qiymətləndirilən qrup turniri dördüncü pillədə başa vurdu. Daha sonra isə qrup 3 top / 2 iplə turnirdə çıxış etdi. Bu səfər də Azərbaycan gimnastları turniri dördüncü pillədə başa vurdu (16.100 balla). Bununla da qrup Fransa Qran-Prisini bir bürünc medalla başa vurdu.
Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti turniri 12–15 apreldə İtaliyanın Pezaro şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Komanda əvvəlcə 5 halqa ilə turnirin təsnifat mərhələsində 17.300 balla 8-ci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Daha sonra 3 top / 2 iplə proqramı icra edən qrupun çıxışı referilər tərəfindən 14.150 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup mərhələni onuncu pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ümumi nəticədə isə gimnastlar 31.450 balla 15 qrup sırasında turniri 8-ci pillədə başa vurdu. Turnirin növbəti günü beş halqa ilə turnirin final mərhələsi baş tutdu. Kompozisiyası referilər tərəfindən 17.700 balla qiymətləndirilən qrup dördüncü pillənin sahibi oldu. Bununla da qrup turniri medalsız başa vurdu.
Daha sonra Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup 26–30 apreldə Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turnirində mübarizə apardı. Beş halqa ilə turnirin təsnifat mərhələsində qrup 17.150 balla altıncı pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. 3 top / 2 iplə turnirdə isə Azərbaycan gimnastları uğursuz çıxış etdi. Kompozisiyası referilər tərəfindən 14.650 balla qiymətləndirilən qrup nəticədə 8-ci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Bu uğursuz çıxış qrupun ümumi nəticəsinə təsir etdi. Nəticədə Azərbaycan təmsilçiləri 31.800 balla turniri yeddinci pillədə başa vurdu. Növbəti gün isə ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 17.600 balla qiymətləndirilən qrup nəticədə turnirin üçüncü pillədə başa vurdu və bürünc medalların sahibi oldu. Daha sonra qrup 3 top / 2 iplə turnirdə çıxış etdi. Komandanın bu çıxışı 16.650 balla qiymətləndirildi və qrup turniri beşinci pillədə başa vurdu.
Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrupun Avropa Çempionatından əvvəl son sınağı 11–14 mayda Portuqaliyanın Portimao şəhərində baş tutan FIG World Challenge Cup beynəlxalq turniri idi. Komanda əvvəlcə beş halqa ilə turnirin təsnifat mərhələsində mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 16.900 balla qiymətləndirildi və qrup sadəcə Çin gimanstlarından geri qaldı. Daha sonra qrup 3 top / 2 iplə turnirdə çıxış etdi. Kompozisiyası referilər tərəfindən 16.750 balla qiymətləndirilən qrupu nəticədə mərhələni dördüncü pillədə başa vurdu. Ümumi nəticədə isə qrup 33.650 balla turnirin bürünc medalına sahib oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastlarının çıxışı 19.100 balla qiymətləndirildi və bu nəticələrə əsasən qrup sadəcə Çin təmsilçilərindən geri qalaraq turniri gümüş medalla başa vurdu. Daha sonra qrup 3 top / 2 iplə proqramı icra etdi. Komandanın çıxışı referilər tərəfindən 18.500 balla qiymətləndirildi və nəticədə qrup turnirin qızıl medalına sahib oldu. Bununla da Azərbaycan gimnastları turniri bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.
2018-ci ilin birinci nüfuzlu turniri 1–4 iyunda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdə Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komanda əvvəlcə beş halqa ilə turnirdə çıxış etdi. Kompozisiyası referilər tərəfindən 17.200 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan gimnastları mərhələni onuncu pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Daha sonra qrup 3 top / 2 iplə proqramı icra etdi. Komandanın çıxışı 18.500 balla qiymətləndirildi və qrup bu nəticələrə əsasən beşinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə qrup 35.700 balla turniri yeddinci pillədə başa vurdu. Növbəti gün ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutdu. Azərbaycan gimnastları sadəcə 3 top / 2 iplə turnirin final mərhələsində mübarizə apardı. Proqramın icrası referilər tərəfindən 21.550 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan qrupu Bolqarıstan və İtaliya təmsilçilərindən geri qalaraq turniri üçüncü pillədə başa vurdu və Avropa Çempionatının bürünc medalına sahib oldu. Bu turnirin nəticələrinə əsasən həm də Azərbaycan qrupu 2019-cu ilin iyununda Belarusda baş tutacaq II Avropa Oyunlarına lisenziyaya sahib oldu.
Avropa Çempionatından sonra qrupun birinci turniri 16–20 avqustda Belarusda baş tutan FIG World Challenge Cup beynəlxalq turniri oldu. Komanda əvvəlcə 5 halqa ilə turnirin təsnifat mərhələsində mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 18.350 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup mərhələni yeddinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Daha sonra Azərbaycan gimnastları 3 top / 2 iplə proqramı icra etdi. Bu səfər qrupun çıxışı referilər tərəfindən 19.200 balla qiymətləndirildi və qrup yeddinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə qrup 37.550 balla turniri 8-ci pillədə başa vurdu Turnirin növbəti günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 19.800 balla qiymətləndirilən qrup turniri altıncı pillədə başa vurdu. Daha sonra qrup 3 top / 2 iplə turnirdə proqramı icra etdi. Komandanın çıxışı bu səfər 19.700 balla qiymətəndirildi və qrup turniri beşinci pillədə başa vurdu.
Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti turniri 24–26 avqustda Rusiyanın Kazan şəhərində baş tutan FIG World Challenge Cup beynəlxalq turniri oldu. Komanda əvvəlcə beş halqa ilə turnirin təsnifat mərhələsində çıxış etdi. Kompozisiyası 17.000 balla qiymətləndirilən qrup nəticədə final mərhələsinə vəsiqə qazana bilmədi. 3 top / 2 pilə turnirdə isə qrupu çıxışı 18.750 balla qiymətləndirildi və nəticədə Azərbaycan gimnastları mərhələni yeddinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə qrup 37.450 balla turniri doqquzuncu pillədə başa vurdu. Turnirin növbəti günü isə ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. 3 top / 2 pilə proqramı icra edən qrupun çıxışı referilər tərəfindən 19.750 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup turniri yeddinci pillədə başa vurdu.
2018-ci ilin əsas turniri 10–16 sentyabrda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatı oldu. Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 19.200 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup təsnifat mərhələsini yeddinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Daha sonra gimnastlar 3 top / 2 iplə proqramı icra etdi. Qrupun çıxışı bu səfər 19.900 balla qiymətləndirildi. Komanda bu turnirdə mərhələni altıncı pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Komandanın ümumi turnirdə nəticəsi isə 39.100 balla yeddinci pillənin sahibi oldu. Turnirin növbəti günü isə ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 20.100 balla qiymətləndirildi. Nəticədə qrup turniri beşinci pillədə başa vurdu. Daha sonra Azərbaycan gimnastları 3 top / 2 iplə proqramı icra etdi. Nəticədə qrup 20.400 balla turniri yeddinci pillədə başa vurdu.
Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup 2018-ci ili bir qızıl, bir gümüş və dörd bürünc medalla başa vurdu. "Sportsman" jurnalının versiyasına görə bu qrup "İlin Komandası" seçildi.
2019-cu il: Doğma divarlarda Dünya Çempionatı və lisenziya