Dəllər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 13 km şimal-qərbdə Zəngiçayın qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.78, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.74 qeyd edilmişdir.

Toponimikası Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimiQumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.21 əsasında formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.16–17, 100–101. 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir.

İstinadlar

Kateqoriya:Dərəçiçək kəndləri