Vasili Makaroviç Şuşkin (; ) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor.

Həyatı Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər.

1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu.

1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Qırmızı başınağacı" əsas mükafata layiq görüldü. Münsiflər heyəti öz rəyini belə açıqladı: "Yazıçı, rejissor, aktyor Şukşinin fitri və parlaq istedadı nəzərə alınmaqla festivalın baş mükafatı, "Mosfilm"in "Qırmızı başınağacı" filminə verilir". Ömrünün son ili Şukşin üçün həm şəxsi, həm də yaradıcı planda xüsusilə əlamətdar oldu. 1973-cü ildə o, ailəsi ilə birlikdə Pereyaslovski küçəsindəki dar mənzildən Boçkov küçəsindəki yeni, geniş mənzilə köçür. "Xarakterlər" adlı hekayələr toplusu çapdan çıxır. Toplu proza aləmində böyük hadisəyə çevrilir və kəskin müzakirələrə rəvac verir. Q. Tovstonoqov Böyük teatrda Şukşinin "Enerjili adamlar" pyesi əsasında tamaşa hazırlayır (bu, Şukşinin teatrla ilk əməkdaşlığı idi. Buna qədər o öz müəllimi M. Romm kimi teatrı sevmirdi). Tamaşanın son məşqi 1974-cü ilin iyununda Şukşinin iştirakı ilə keçirilir və müəllifə olduqca gözəl təsir bağışlayır.

Yazıçı 1974-cü il oktyabrın 2-də vəfat edib.

Mükafatları RSFSR əməkdar incəsənət xadimi

SSRİ dövlət mükafatı

Filmoqrafiya Qırmızı başınağacı (film, 1974) /

Mənbə İyulun ədəbi simaları О чувашских корнях выдающегося писателя

Xarici keçidlər

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rus yazıçılar Kateqoriya:Aktyorlar Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsr yazıçıları