Leonid Nikolayeviç Andreyev () () — Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur.

Həyatı

Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur, amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi. Bu hekayənin mövzusu onun tələbəlik illərinə söykənirdi. Qorki Ceyms Linç tərəfindən nəşr olunan hekayələrini “Moskovskiy Kuryer” qəzetində çap olundu. Andreyev 1902-ci ildə "Siste" (В тумане) povestini yazmışdır.

Onun əsərlərində 1905-1917-ci illər inqilablarının çətinliklərini əks etdirirdi. Çar hakimiyyətinə qarşı 1905-ci il inqilabının uğursuzluğu onun psixi depressiyaya düşməsinə səbəb olur. Birinci Dünya müharibəsindən sonra o, özünü tamamilə anti- bolşevik pyesləri yazmağa həsr etdi.

Əsərləri

Şeytanın gündəliyi İuda İskariot Sükut Uçurum İlk qonorar Mələkciyəz Gənclər Ulduzlara Doğru (1906) İnsanın Həyatı (1906) Çar Aclıq (1906) Qara Masqalar(1908) Qırmızı Qəhqəhə(1908) Yeddi Asılanların Hekayəsi (1908) Anatema (1909) Düşüncə (kitab) (1913) Professor Storitsin (1913) Şillələnən(1915)

İstinadlar

Xarici Keçidlər

Gutenberg Proyekti Kateqoriya:Qriboyedov mükafatı laureatları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:Rus yazıçılar Kateqoriya:Rusiya romançıları