Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib. Tarixi 250px|thumb|left|XIX əsrin sonlarında Hindistanın Tibetlə sərhədi XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu. 1890-cı ildə Kəlküttədə Sikkim və Tibetlə bağlı İngilis-Tzin Sazişi imzalandı. Bu müqavilə Britaniyanın Sikkim üzərində protektoratını tanıdı və ingilis subyektlərinə Tibetdə ticarət etməyə icazə verdi. Tibetlilər isə tacirlərə özbaşına rüsumlar qoyaraq Hindistanla ticarətə maneələr törədirdilər.

Təxminən eyni vaxtda, Mərkəzi Asiyanı tam işğal etdikdən sonra Rusiya imperiyasının sərhədləri düzənlikləri Tibetlə birbaşa bitişik olan Şərqi Türkistana yaxınlaşdı. Üstəlik, XIX əsrin son rübündə rus tədqiqatçılarının bölgədə fəaliyyəti daha da gücləndi. İngilislər Tibet hökumətinin ən fəal simalarından birinin Rusiya tərəfdarı Aqvan Dorjiyev olmasından narahat idilər. Bu mövcudluğun əhəmiyyəti Tibetin ingilis tərəfdarı olan tədqiqatçılar Ekai Kavaguçi və Sarat Çandra Das tərəfindən "casusluq" kimi yozuldu. Bu dövrdə ingilisləri narahat edən rus Nikolay Prjevalski və Pyotr Kozlovun Tibet ətraflarına, eləcə də Qombojab Tsıbikov və Ovşe Norzunovun Lhasa ekspedisiyaları baş verdi.

Tibet əlçatmazlıq baxımından qapalı bir cəmiyyət idi, həyatı Buddist dəyərlərinə söykənirdi. Əsl hakimiyyət Buddist ruhanilərinə məxsus idi. Tibet Tzin imperiyasından asılı bir dövlət idi. Lakin XIX əsrin sonunda Tszin imperiyası da Qərbin müstəmləkə ekspansiyasının obyektinə çevrildi. Bu dövrdə Tibet üç güc arasında bufer dövlətə çevrildi: Rusiya və Britaniya imperiyaları və zəifləmiş, lakin əhalisi çox olan Tszin imperiyası.

Münaqişənin kulminasiyası 1901-ci ildə Hindistanın vitse-prezidenti Lord Corc Kerzon XIII Dalay Lama ilə danışıqlar aparmağa cəhd etdi, lakin onun məktubu açılmadan geri qaytarıldı. 1903-cü ilin iyununda polkovnik Frensis Yanqhazbendin diplomatik missiyası Tibetə göndərildi. Tibetlilər danışıqları uzatdılar, sonra isə onları tamamilə tərk etdilər və missiya noyabr ayına qədər Kamba Dzonqda qaldıqdan sonra heç nə ilə Hindistana qayıtdı. Tərəflərin gücü 350px|thumb|right|Polkovnik Frensis Yanqhazband İngilislər Tibetə polkovnik Frensis Yanqhazbend başda olmaqla diplomatik nümayəndəlik göndərmək qərarına gəldilər. Missiyanı briqada generalı Ceyms Makdonaldın rəhbərlik etdiyi hərbi dəstə müşayiət edirdi. Dəstənin tərkibinə 23-cü və 32-ci istehkamçılar və 8-ci Qurxa alayı, Kral Norfolk alayının pulemyot komandası və Mədrəs istehkamçıları komandası daxil idi. Ümumilikdə hərbi missiyaya 3000-ə yaxın əsgər daxil olmuşdu. Bundan əlavə, təchizat və digər dəstək üçün ekspedisiyada daha 7000 nəfər iştirak edib. Daha sonra iİngilislər əlavə qüvvələr aldı və qoşunların sayını 4600 nəfərə çatdırdı.

Tibetlilər əsasən köhnə kibrit tüfənglərdən istifadə edirdilər, baxmayaraq ki, onların təhcizatında daha müasirləri də var idi. Tibet ordusunda bir sıra rus tipli tüfənglərdən istifadə olunurdu. Onlar döyüşlərdə bəzən kiçik topları da işə salırdı. Barıt və qalay Tibetdə istehsal olunurdu və böyük miqdarda saxlanılırdı. Britaniya ordusu daha müasir, dəqiq və uzaq mənzilli tüfənglərə, həmçinin Maksim pulemyotlarına sahib idilər. Bundan əlavə, ingilislər tibetliləri strateji cəhətdən üstələdilər, nəticədə döyüşlərdə açıq üstünlüyə sahib oldular.

Tibetlilərin əhval-ruhiyyəsi çox yüksək idi. Onların inanclarına görə talismanları və duaları güllələrdən toxunulmazlıq təmin edirdi. İlk döyüşdən sonra, çoxlu tibetlilər öldürüləndə, əsgərlərə ingilis güllələrinin gümüşdən hazırlandığını və talismanların yalnız qalay güllələr üzərində işlədiyini və yenilərinə ehtiyac olduğu söyləndi. Lakin bir neçə məğlubiyyətdən sonra tibetlilərin əhval-ruhiyyəsi aşağı düşdü. French, Patrick (1994) Younghusband: the Last Great Imperial Adventurer. London: HarperCollins.

Ekspedisiyanın gedişi Tibetə doğru irəliləyiş və Paqrinin tutulması 250px|thumb|left|Yürüşdə iştirak edən Britaniya zabitləri, 1904-cü il Polkovnik Ostin Vaddellin ekspedisiyasının təsvirindəL. Austine Waddell. Lhasa and its Mysteries kampaniyanın Britaniya qoşunlarının dəmiryol stansiyasının yaxınlığında yerləşdiyi Siliquridən başladığını bildirir. 1903-cü ilin noyabrında Sikkimdə cəmləşən dəstə dekabrın 1-də Tibetə girdi. İrəliləyiş qəfil oldu. Qoşunlar Natu-La keçidini (4310 m) keçdi, qruplaşdırıldı və dekabrın 13-də Çumbi vadisinə (2800 m) endi. Heç bir müqavimət göstərilmədi, dərəni bağlayan daş divarda kiçik bir dəlik açıldı, bütün ordu ordan keçdi. Vadi rəhbərliyi və Mançu rəsmiləri Lhasa ilə dərhal əlaqə saxlamağı və danışıqlar üçün səlahiyyətli şəxsləri çağırmağı vəd edərək ingilislərin irəliləməsinə mane olmağa çalışdılar, lakin Tibet tərəfdən yüksək rütbəli məmurların olmaması səbəbindən ingilislər danışıqlardan imtina etdilər. Tibetlilər rəsmi olaraq etiraz etdilər, lakin ingilis qoşunlarının əhəmiyyətli üstünlüyü səbəbindən onlar tabe olmağa məcbur oldular. Mançu rəsmiləri yüksək səviyyəli ingilis zabitləri üçün ziyafət təşkil etdilər.

Dəstənin əsas qüvvələri Çumbi vadisində qaldı və 4 tabor və bir pulemyot dəstəsindən ibarət avanqard Paqri-Dzonqa (4300 m) qalasına qədər irəlilədi. Paqri, dik yoxuşdan sonra yaylada olması strateji baxımdan çox əhəmiyyətli idi. Aşığa gedən yolda hündür uçurumun altında dar yerdə Çin istehkamı var idi - burada müdafiə təşkil olunsaydı, yalnız çox ağır itkilər bahasına keçmək mümkün olardı. Lakin qoşunlar geri çəkildi və səddə ehtiyatla açıq qapı qaldı.

Paqridə Tibet nümayəndə heyəti dəstədən geri qayıtmağı xahiş etdi, lakin şəhər "hərbi səbəblərə görə" işğal edildi. Eyni zamanda, ingilislər yerli əhali ilə düzgün davranır və qoşunların sabit tariflərlə təchiz edilməsi xidmətlərini ödəyirdilər. Bu vaxt Drepung, Sera və Ganden monastırlarının abbatları olan məmurlar və yüksək lamalar Paqriyə yaxınlaşaraq yerli əhaliyə ingilisləri ərzaq və yanacaqla təmin etməyi qadağan etdilər. Britaniya rəhbərliyi Tibet hakimiyyətinə ultimatum verdi. Bununla belə, tibetlilər ingilislər qoşunlarını sərhədə geri çəkənə qədər danışıqlardan imtina etməyə başladılar.

Paqridə kiçik bir dəstə qaldı və bütün ekspedisiya ciddi bir kampaniyaya hazırlaşaraq Çumbiyə qayıtdı. Aşağıdan teleqraf naqilləri çəkildi, ordu Londonla daimi əlaqə saxlayır və ən son xəbərləri oradan öyrənirdi. Arabaçılar arabaları hissə-hissə sökərək götürür və onları artıq Tibet yaylasında yenidən yığırdılar.

Tuna və Qyantse istiqamətində yürüş 250px|thumb|right|Britaniya ekspedisiyasının yürüş yolu 1904-cü il yanvarın əvvəlindən ordu Paqridən əsas Tibet yaylasındakı Tangla keçidindən (4580 m) kənarda Tuna traktına yenidən yürüşə başladı. Bu mövqedə ingilis qoşunları 1904-cü ilin aprelinə qədər dayanaraq istəklərini bəyan etdilər. Tunadan beş mil kənarda, təxminən 2000 nəfərdən ibarət Tibet ordusu cəmləşmişdi və bununla onlar Qyantse keçidini bağlamağa çalışırdı.

Martın 30-da bütün dəstə Tunada cəmləşdi və martın 31-də tibetlilərlə ilk döyüşün keçirildiyi Quruya doğru irəlilədi. Uğursuz danışıqlardan sonra ingilis ordusu uzun müddət manevr etdi, sonra insident nəticəsində tibet generalı siphainin əlindən tüfəngi alaraq atəş açdı ki, bu da tibetlilərə hücum siqnalı idi. İngilislər dərhal reaksiya verdilər, zabitlər tüfənglərindən atəş açaraq geri çəkilməyə başladılar və pulemyotun işə düşməsi ilə Tibet ordusu darmadağın oldu. Döyüş 10 dəqiqə davam etdi, Tibet qoşunlarından 300 ölü, 200 yaralı və 200 nəfər əsir düşdü. Lhasa generalı da öldürüldü. İngilislərin yalnız 13 yaralısı var idi. İngilislər yaralılara tibbi yardım göstərdilər, onların çoxu müalicədən sonra sıralara döndü. Kənddə bir çox evdə ingilislər tərəfindən partladılmış böyük barıt ehtiyatları var idi.

Tibet ordusunun qalan hissəsi şimala çəkildi. Aprelin 4-də ingilislər daha da irəli getməyə başladılar. Aprelin 9-da Qyantseyə gedən yoldakı dərədə ikinci döyüş oldu. Tibetlilər dar bir yerdə keçidi bağladılar və toplar qurdular. Bununla belə, tibetlilər vaxtından əvvəl, ingilislər atəş zonasına bir az çatanda atəş açmağa başladılar. İngilislər təpədən tibetliləri arxadan haqlamaq üçün siqhlərdən ibarət bir qüvvə göndərdilər. Onlar qar fırtınası yaratdı və görüntünün itməsi zamanı tibetlilər təxminən bir saat boş yerə toplardan atəş açdılar. Üç saat ərzində siqlər təpələrə qalxaraq tibetlilərə hücum etdilər. Eyni zamanda ingilislər aşağıdan atəş açmağa başladılar. Tibetlilər 150 nəfəri itirdi və ordunu geri çəkməyə məcbur oldular.

Qyantsenin tutulması, ingilislərin mühasirəsi və Dzonqa hücumu 250px|thumb|left|Dzonq Qyantse İngilis dəstəsi hərəkətini davam etdirərək Qyantseyə yaxınlaşdı. Şəhərdə heç bir qoşun yox idi. İngilislər sərbəst şəkildə onu tutaraq, ora yerləşdilər. Onlar böyük barıt ehtiyatlarını məhv edib, bütün taxıl anbarlarını müsadirə etdilər. Dzonq qəsdən qismən dağıdıldı və hərbi düşərgə şəhərdən kiçik bir məsafədə təşkil edildi. Əsgərlər yerli əhalidən hind rupisindən Hindistanla müqayisədə çox aşağı qiymətə ərzaq və mal almaq üçün istifadə edirdilər.

Maddi-texniki təminatı təşkil etmək üçün qoşunların bir hissəsi geri çəkildi. Mayın əvvəlində pulemyotlarla silahlanmış qalan dəstənin əksəriyyəti Lhasa yolunda Karola aşırımına doğru irəlilədi. Burada daha sonra ingilislər üçün çətin, lakin uğurlu döyüş baş verdi. Mayın 4-də səhər açılmazdan əvvəl tibetlilər qəfildən böyük bir qüvvə topladılar və düşərgəni mühasirəyə aldılar, tüfəng və toplardan atəş açdılar.Plarr, V. (1938). Plarr's Lives of the Fellows of the Royal College of Surgeons of England. Vol. 3, p. 815. Royal College of Surgeons, London. İngilislərə tez oyanmaq və döyüş vəziyyətinə almağa, xüsusi əmr kömək etdi, onlar qruplaşıb cavab tədbiri təşkil etdilər. Karolaya aparıldığından ingilislərin pulemyotları yox idi. Tibetlilər tələsik təmir olunan Dzonqda möhkəmləndilər. Hər tərəfdən onlara əlavə qüvvələr gəlirdi. Onlar ingilis qarnizonunun müntəzəm, lakin uzun məsafəli bombardmanını həyata keçirirdilər. İngilislər tezliklə geri qayıdan avanqardı xəbərdar etməyə müvəffəq oldular.

Bu andan iki ay davam edən ingilis düşərgəsinin mühasirəsi başladı. Tibetlilər artıq vəziyyəti hərbi dəstə adı altında diplomatik missiya kimi deyil, müharibə kimi qəbul edirdilər. Bir neçə çinli məmur daimi atəşə məruz qalan ingilislərlə açıq-aşkar münaqişəyə girməməyə çalışırdı. Bir müddət sonra tibetlilər böyük bir top qurdular, britaniyalılar durbinlə onu seyr edirdilər və həyəcan təbili çalaraq, hər ehtimal olunan atəşdən əvvəl sığınacaqda gizlənirdilər. Döyüşlər sonra tibetlilər tərəfində itkilər ağır olsa da, ingilislər də itkilər verirdilər. İngilislər bölgəyə əlavə qüvvələr gətirərək saylarını 4600-a qədər artırdılar. 250px|thumb|right|Tibet döyüşçüsü