Sarı xan Səhəndli — Səfəvi imperiyasında xidmət etmiş güclü türk-qızılbaş sərkərdələrindən biri. Səhəndli tayfasına mənsub olan Sarı xan 1682-ci ildən 1691-ci ilə qədər qorçubaşı vəzifəsində xidmət etmişdir. 1690-cı ildə o, kürd tayfalarından biri olan Zəngənələrdən 40 nəfəri qətlə yetirdi. Zəngənə tayfasından olan Şahqulu xan Zəngənə buna görə Səfəvi şahı I Süleymana (1666–1694) Sarı xandan şikayət etdi və bildirdi ki, o, belə etməklə onun mərhum atası Şeyxəli xan Zəngənənin ruhunu təhqir etmişdir. Lakin I Süleyman Sarı xan Səhəndli ilə yaxşı münasibətləri olduğu üçün onu bağışladı və vəzifəsində saxladı. Lakin 1691-ci ildə hər şey dəyişdi. I Süleyman bibisi Məryəm Bəyimlə onun münasibətinin olduğunu öyrəndikdən sonra əmr verərək Sarı xanın başını kəsdirdi.
Həmçinin bax Səfəvi Qorçubaşılarının siyahısı İstinadlar
Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Qorçubaşılar