Mehdiqulu bəy Cığatay () — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir.
Diplomatik missiyaları 1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi. Mehdiqulu bəy və fon der Jabel Rusiyanı Müqəddəs Roma imperiyasına getmək üçün tərk etdilər və 1605-ci ilin 8 yanvarında Praqaya çatdılar. II Rudolf Müqəddəs Roma imperiyası, Rusiya çarlığı və Səfəvi imperiyası arasında üçlü ittifaqla razılaşdığını bildirdi və söz verdi ki, Osmanlı imperiyasına qərbdən hücum edəcəkdir. Lakin bu baş tutmadı.
Həmçinin bax Hüseynəli bəy Bayat Habsburq-Səfəvi ittifaqı
İstinadlar
Mənbə
Kateqoriya:Səfəvi tarixi Kateqoriya:Diplomatlar Kateqoriya:Səfəvi dövlətinin diplomatları