"''Arxeoqrafiçeskiy yejeqodnik''" (; mənası – "Arxeoqrafiya illiyi") — Rusiya Elmlər Akademiyasının Arxeoqrafiya Komissiyasının illik nəşri. Burada arxeoqrafiya, mənbəşünaslıq və köməkçi tarixi fənlər, sənədlərin icmalları və fərdi mənbələrə dair məqalələr dərc olunur.

Tarixi 1956-cı ildə akademik Mixail Tixomirovun təşəbbüsü ilə SSRİ Elmlər Akademiyası nəzdində Arxeoqrafiya Komissiyasının bərpasından sonra 1957-ci ildə "Arxeoqrafiçeskiy yejeqodnik"in çapına hazırlıq işlərinə başlanılmışdır. Nəşri məsul redaktorları M. N. Tixomirov (1957–1965), SSRİ Elmlər Akademiyası müxbir üzvü V. İ. Şunkov (1965–1967), tarix elmləri doktoru S. O. Şmidt (1968-2013), Rusiya Elmlər Akademiyası müxbir üzvü S. M. Kaştanov (2013-cü ildən).

Redaksiya heyətinin hazırkı tərkibinə tarix elmləri namizədi Y. V. Andryuşinayte, Rusiya Elmlər Akademiyası müxbir üzvü V. P. Kozlov, tarix elmləri namizədi A. V. Melnikov (müavin cavab. redaktor), tarix elmləri doktoru R. Q. Pixoya, tarix elmləri namizədi V. A. Çernık, tarix elmləri namizədi S. V. Çirkov və tarix elmləri doktoru Y. N. Şveykovskaya daxildir.

Mükafatlar

1977-ci ildə Beynəlxalq Kitab Sərgisində birinci mükafata layiq görülmüşdür. 2012-ci ildə akademik D. S. Lixaçyov adına mükafata layiq görülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat

Медушевская О. М., Пережогин М. А. «Археографический ежегодник» — итоги и перспективы

Xarici keçidlər

Информация на сайте Института славяноведения РАН Археографический ежегодник за 1957—2003 годы Kateqoriya:SSRİ jurnalları Kateqoriya:Rusiya jurnalları Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:Elmi jurnallar Kateqoriya:Arxeologiya Kateqoriya:SSRİ Elmlər Akademiyası Kateqoriya:Rusiya Elmlər Akademiyası