Sike Vasile Aleksandresku (; ) — Rumıniya rejissoru.
Həyatı Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Təltif və mükafatlar Sike Vasile Aleksandresku 1954-cü və 1957-ci illərdə Rumıya Sosialist Respublikası Dövlət mükafatına layiq görülmüşdür. O, 1959-cu ildə Rumıya Sosialist Respublikası xalq artisti adını almışdır.
İstinadlar
Əlavə ədəbiyyat Academia Republicii Populare Române, Dicționar Enciclopedic Român, Editura Politică, București, 1962-1966
Kateqoriya:Rumıniya kinorejissorları Kateqoriya:Rumıniyanın teatr rejissorları