2021-ci il İslam Həmrəyliyi Oyunları — İslam Həmrəyliyi İdman Federasiyasının himayəsi altında 2022-ci il avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçirilən tədbirdir.
Müsabiqənin ilkin olaraq 2021-ci il avqustun 20-dən 29-dək keçirilməsi planlaşdırılırdı. Daha sonra Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının 2020-ci ilin yayından 2021-ci ilə təxirə salınması ilə əlaqədar idman federasiyalarının və idmançıların gərgin iş qrafikinin qarşısını almaq üçün təxirə salınması qərara alınıb. Daha sonra, COVID-19 pandemiyasının baş verməsi ilə əlaqədar oyunlar yenidən 9-18 avqust 2022-ci il tarixinə təxirə salındı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2022-ci ildə Türkiyə Kateqoriya:Konya mədəniyyəti Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunları Kateqoriya:Türkiyədə keçirilmiş beynəlxalq idman yarışları