Fredequnda və ya Fredeqund (latın: Fredegundis; fransız: Frédégonde) () — Frank kraliçasıdır.

Həyatı Frank sarayında əvvəlcə xidmətçi işləyən Fredeqonda öz arvadı Qalsvinzanı öldürmüş kral Xilkeripin diqqətini çəkir və onun tərəfindən kraliça edilir. Bununla yanaşı, Qalsvinza qonşu Avstraziya kralının və Xilkeripin ögey qardaşının arvadı Brunhildin bacısı idi. Bu, Fredeqonda və Brunhild arasında qırx il davam edən düşmənçiliyin başlanğıcını qoydu.

Fredeqonda 575-ci ildə ögey qardaşı Siqeberti, bunun ardınca isə öz ögey uşağını öldürür. O həmçinin Siqebertin oğlu II Xildebertin, Brunhildin və onun qaynı, Burqundiya kralı Quntramın həyatlarına da qəsd etməyə cəhd etmişdi.

584-cü ildə Xilperik sirli şəkildə öldürülür, Fredeqonda onun sərvətini ələ keçirir və öz oğlu II Xlotar ilə Parisə qaçır. Burada onlar 595-ci ildə Fredeqondanın ölümünə qədər Brunhildə qarşı olan intriqalarını davam etdirirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qadın qatillər