Kipr türk milliyyətçiliyi — Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini dəstəkləyən etnik milliyyətçilik. İdeologiyanın əsasları daha çox ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır, eyni zamanda yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır. "Taksim"in məqsədi – Kipr adasının türk və yunan hissələrinə bölünməsi Kipr türk milliyyətçiləri arasında geniş yayılmışdır. Buna baxmayaraq, onların xeyli hissəsi Türkiyənin Kipri ilhaq etməsini arzulayır.
Tarixi 1911-ci ildə adanın hər yerində Kipr türkləri tərəfindən enozisə qarşı 3 mitinq təşkil edilmişdir. Bu mitinqlər XX əsrdə Kipr türk milliyyətçiliyinin ilk böyük hadisəsi və Kipr türklərinin enozisə qarşı ilk təşkil etdiyi aksiya idi. 1920-ci illər daha sərt etnik-dini bölmələr baxımından kritik bir onillik olmuşdur. Adada qalan Kipr türkləri kamalçı inqilabın təsiri ilə yavaş-yavaş Türkiyə milliyyətçiliyi ideologiyasını mənimsəmişdilər.
20 iyul 1974-cü ildə Yunanıstan xuntasının adanı Yunanıstanla birləşdirmək məqsədilə prezident Makarios əleyhinə dövlət çevrilişindən sonra Türkiyə adaya hücum əməliyyatı keçirmişdir. "Attila-2" kod adı altında həyata keçirilmiş ikinci əməliyyat 1974-cü il avqustun 14-dən 18-dək baş tutmuşdur.
İstinadlar
Kateqoriya:Kipr böhranı