Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.

Həyatı

Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur.

Mənbə

Nataliya Barbu (Moldova,2007)

Xarici keçidlər

Rəsmi sayt

Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Moldova müğənniləri Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Moldovanın "Avroviziya" təmsilçiləri