Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmi. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni 1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir.
Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar.
Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir.
"Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.
İstinadlar
Xarici keçidlər Johnny Guitar essay by Michael Schlesinger on the National Film Registry website Johnny Guitar essay by Daniel Eagan in America's Film Legacy: The Authoritative Guide to the Landmark Movies in the National Film Registry, A&C Black, 2010 , pages 485-486 Johnny Guitar Musical official website Brian W. Fairbanks in angelfire
Kateqoriya:Bank soyğunu haqqında filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:1954-cü ilin filmləri Kateqoriya:Arizonada çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin vestern filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri