Con Saris (; ) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı.

Karyerası Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi. O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür. Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi. 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür. Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişlər. Onlar Sarisə Uraqa limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir.

Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır. Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir. Hirado limanı hollandların monopoliyası altında olduğu üçün ingilislər onların kölgəsində qalmış, Hiradodakı ticarət postu 1623-cü ildə bağlanmışdır. Nəticədə, Sarisin missiyası uğursuzluqla nəticələnmişdir.

Sarisin səyahət jurnalı 1900-cü ildə "Kapitan Con Sarisin Yaponiyaya səyahəti, 1613" adı altında nəşr olunmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İngiltərə dənizçiləri Kateqoriya:Yaponiyadakı Britaniya qürbətçiləri