Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1946, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor.

Həyatı 14 oktyabr 1946-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur.

Elmi fəaliyyəti Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST)Regional Information Center for Science and Technology (RICeST), o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.

İstinadlar

Xarici keçidlər International Journal of Information Science and Management Islamic World Science Citation Center Regional Information Center for Science and Technology (RICeST)

Kateqoriya:İran azərbaycanlısı alimlər Kateqoriya:İran alimləri Kateqoriya:İran kitabxanaçıları