Vsevolod Alekseyeviç Petrov () — sovet paleobotaniki, sovet spor-tozcuq metodunun yaradıcılarından biri, biologiya elmləri namizədi, Leninqradın Petroqrad rayon sovetinin deputatı (1928–1931-ci illərdə). "Dağlıq Qarabağın etnobotanikası" monoqrafiyasının müəllifi.

Petrov Azərbaycanda beş ekspedisiya keçirdi. 1934-cü ildə Araz sahilində, Karyagino (indiki Füzuli) yaxınlığında qədim Roma XII Fulminata legionu qeyd edən latın daş yazısı aşkar etmiş, lakin yazının məlum olduğuna inanaraq ona heç bir əhəmiyyət verməmişdir. 1939-cu ildə monoqrafiyanı tamamlamaq üçün bir il SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Botanika İnstitutunun ştatlı əməkdaşı olmuş, burada eyni vaxtda yerli arxeoloji ərazilərdən olan bitki qalıqlarının təhlili ilə məşğul olmuşdur. 1940-cı ildə onun “Dağlıq Qarabağın etnobotanikası” adlı monoqrafiyası nəşr olunub. Orada botanika və təsərrüfat istifadəsi baxımından Dağlıq Qarabağ bitkilərinin 100 növü təsvir verilmiş, həmçinin onlarla bağlı müxtəlif kult və inanclar barədə etnoqrafik məlumat var.

İstinadlar

Xarici istinadlar Petrov Botanika məlumat bazalarında

Kateqoriya:SSRİ botanikləri Kateqoriya:Botanika taksonlarının müəllifləri