Rauf Elxan oğlu Hüseynli () — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında mübarizə aparan "Şəfa"nın müdafiəçisi.

Klub karyerası "Qarabağ"ın yetirməsidir. Klubun əsas heyətində bir oyun keçirib və həmin görüşdə fərqlənib.

Zirə 2020-ci ildə "Zirə"yə icarəyə göndərilib. 1 fevral 2020-ci ildə "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir. Burada 5 oyun keçirib.

Şamaxı Daha sonra "Şamaxı" transfer olunub. Burada 31 oyunda meydanda olub və 1 qol müəllifi olub.

Qəbələ Növbəti mövsüm "Qəbələ"yə keçib. Burada 30 oyun keçirib və 1 qol vurub.

Kəpəz 3 sentyabr 2024-cü ildə "Kəpəz" ilə 1+1 illik müqavilə imzalayıb. 9 iyul 2025-ci ildə onun klub ilə müddəti başa çatmış müqaviləsi uzadılmayıb. Hüseynli həmin mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.

10 oktyabr 2025-ci ildə o, 2025/26 mövsümünün sonuna qədər "Kəpəz"ə qayıtdı. Azərbaycan Premyer Liqasının XIV turunun "Araz-Naxçıvan"la görüşündə (0:2) Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirmiş oldu. O, həmin mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Şəfa 8 iyun 2026-cı ildə "Şəfa" ilə müqavilə bağladı.

İstinadlar

Xarici keçidlər

Rauf Huseynli at www.uefa.com

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları