Ayşəgül Aldinç (; ) — Türkiyə müğənnisi və aktrisası.

Həyatı Ayşəgül Aldinç 28 sentyabr 1957-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, jurnalist və idman yazıçısı Orxan Aldinç ilə rəssamlıq üzrə müəllim Süheyla Aldinçin qızıdır. Onun ata tərəfi boşnak mənşəlidir. İstanbulun Cahangir məhəlləsində böyüyən Aldinç orta təhsilini anasının təyinatları səbəbilə Taksim, Qocamustafapaşa və Fəriköy rayonlarındakı məktəblərdə keçirmişdir. O, orta məktəbi Sultanəhməd Oğlan İncəsənət Məktəbində bitirmişdir. Aldinç bundan sonra Tətbiqi İncəsənət Akademiyasının (indiki Mərmərə Universiteti tərkibində) Keramika fakültəsini bitirmişdir. O, məzun olduqdan qısa müddət sonra Anafartalar orta məktəbində rəssamlıq üzrə müəllim olmuş, İstanbul Akaretler orta məktəbində isə musiqi müəllimi kimi işləmişdir. Aldinç 1978-ci ildə Mehmet Teoman ilə professional musiqi karyerasına başlamışdır. Onun yeganə evliliyi 1979-cu ildə Mehmet Teomanla olmuşdur, lakin cütlük bir neçə ay sonra boşanmışdır.

Kitabları Ayşegül Kitapta (2001, Parantez Yayınları)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:Boşnakəsilli türklər Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:Türkiyənin "Avroviziya" təmsilçiləri Kateqoriya:XX əsr Türkiyə aktrisaları