– Yaponiya yazıçısı.
Həyatı Niiqata prefekturasında bir dövlət məmurunun qızı kimi doğulmuşdur. Yeniyetmə yaşlarından etibarən əsərlər yazmağa başlamışdır. 1916-1924-cü illərdə yayımlanmış "Çiçək hekayələri" adlı əsəri qız tələbələr arasında populyar olmuşdur. "Yerin sonuna qədər" adlı əsərinə görə 1920-ci ildə "Osaka Asahi" qəzetinin mükafatını qazanmışdır. Bu əsər Tokioda təhsil alarkən əldə etdiyi xristianlıq təcrübələrini əks etdirirdi.
Yoşiyanın romanları qadın idealları, problemləri, digər qadınlarla münasibətlərə həsr olunduğu üçün əsasən qadın oxucular tərəfindən oxunurdu. Həyatını Monma Çiyo adlı qadın partneri ilə birlikdə keçirmiş, onunla səyahətlər etmişdir.
Əsas əsərləri siyahısına "Qadınların dostluğu" (1933-34), "Bir ərin isməti" (1936-37), "İblis alovu" (1951), "Atakake insanları" (1951-52) və "Tokuqava xanımları" (1966) daxildir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kamakura Nobuko Yoşiya Memorial Muzeyi
Kateqoriya:Yaponiyanın qadın romançıları Kateqoriya:Yaponiya feministləri Kateqoriya:LGBT yazıçılar Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:Yaponiyada LGBT şəxslər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər