Verdiyev Əvəz Həşim oğlu () — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Həyatı Əvəz Verdiyev 1916-cı ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.
1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.
1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.
1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal № 4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.
Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır.
İstinadlar
Xarici keçidlər Вердиев Аваз Гашим оглы Verdiyev Əvəz Həşim oğlu
İstifadə edilmiş ədəbiyyat Бабаева Ф. Герой Советского Союза Аваз Вердиев. Баку: 1975, Герои Советского Союза - сыны Азербайджана. Баку: 1965, Герои Советского Союза. Краткий биографический словарь. Том 1. М.: Воениз., 1987,
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:Polşada vəfat edənlər Kateqoriya:Polşada dəfn olunanlar Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ baş çavuşları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları