Türk ədəbiyyatı adlar lüğəti () — türkdilli ədəbiyyatın yazıçı və şairlərinin bioqrafiyalarını özündə əks etdirən internet saytı. Saytda XX əsrin əvvəllərinə qədərki divan, aşıq və təkkə ədəbiyyatı ənənəsindən olan şəxslər haqqında məlumat mövcuddur. Buradakı bioqrafik məqalələr bir çox alim və yazıçı tərəfindən ərsəyə gətirilmiş, redaktorlar tərəfindən nəzərdən keçirilmişdir. Nəzərdən keçirilməsi prosesi başa çatmış məqalələr istifadəyə verilir.

Əhməd Yəsəvi Universitetinin dəstəklədiyi layihədə işlər 1 yanvar 2013-cü il tarixində başlamış və 31 mart 2015-ci il tarixində başa çatmışdır. Bəzi mənbələr tərəfindən "Türk ədəbiyyatının Vikipediyası" kimi təsvir edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Lüğətlər