Nataliya Məmmədova (qızlıq soyadı: Skazka; d. 2 dekabr 1984; Donetsk, Ukrayna) — Azərbaycanı təmsil edən voleybolçu. Nataliya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub.
Həyatı Nataliya Məmmədova 2 dekabr 1984-cü ildə Ukraynanın Donetsk şəhərində anadan olub.
Karyerası Nataliya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Nataliya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Nataliya Məmmədova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Nataliya Məmmədova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Nataliya Məmmədova dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.
Nataliya Məmmədova sonuncu, beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.
Həmin, Avropa Çempionatından sonra Nataliya Məmmədova Azərbaycan yığmasından ayrıldı. Amma, 4 ildən sonra, 2017-ci ildə o, yenidən Azərbaycan yığmasına qayıtdı.
Uğurları FIVB Klublararası Dünya Çempionatı Qızıl medal (1) — 2011 Bürünc medal (2) — 2015, 2017 20x20px CEV Çempionlar Liqası Gümüş medal (1) — 2011 Azərbaycan Çempionatı Qızıl medal (4) — 2004, 2005, 2011, 2012 İspaniya Çempionatı Gümüş medal (1) — 2008 İsveçrə Çempionatı Qızıl medal (1) — 2006 İsveçrə Kuboku Qızıl medal (1) — 2006 Rusiya Çempionatı Bürünc medal (3) — 2010, 2013, 2014 Rusiya Kuboku Qızıl medal (1) — 2003 Türkiyə Çempionatı Bürünc medal (1) — 2009
İstinadlar
Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:Donetskdə doğulanlar Kateqoriya:Ukrayna əsilli azərbaycanlılar Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər