Nikolay Petroviç Rezanov (; ) – Rusiya zadəganı, siyasi xadimi və Rus-Amerika şirkətinin qurucularından biri. Rezanov Rusiyanın Kuril və Aleut adalarındakı postları üçün Yaponiya ilə ticarəti dəstəkləmişdir.
Yaponiya Adam Yohan fon Kruzenşternin başçılıq etdiyi dünya ekspedisiyası zamanı Rusiya çarı I Aleksandr Rezanovu Yaponiyaya rəsmi rus nümayəndəsi kimi göndərmişdir. Rezanov 1804-cü ilin oktyabrında "Nadezhda" gəmisi ilə Naqasakiyə çatmışdır. O, qəzaya uğramış bir çox yapon dənizçini və Rusiya istehsalı hədiyyələri Yaponiya hökumətinə təqdim etmişdir. 1793-cü ildə şoqun tərəfindən leytenant Adam Erikoviç Laksmana verilən Naqasaki icazəsinə əsasən ruslar düşünürdülər ki, Yaponiya ilə ticarət edə biləcəklər. Lakin əslində bu sənəd sadəcə rusların Naqasaki limanına daxil olmasına icazə verirdi.
Bir neçə ay gözlədikdən və danışıqlar apardıqdan sonra Yaponiya hökuməti rusların hədiyyələrini və tələblərini rədd etmişdir. Bu qərara qəzəblənən Rezanov həm Rusiya adına qisas almaq, həm də Yaponiyanı ticarət əlaqələri qurmağa məcbur etmək üçün Yaponiya hökumətinin icazəsi olmadan Rus-Amerika şirkətinin iki üzvünü (Nikolay Aleksandroviç Xvostov və Qavril İvanoviç Davidov) basqına göndərmişdir.
Kaliforniya Yaponiyadan sonra Amerikaya səyahət edən Rezanov San-Fransisko komendantının 16 yaşlı qızı Konsepson Arquelloya aşiq olmuşdur. Rezanov Rus Pravoslav Kilsəsindən evlilik icazəsi almaq üçün Avropaya səyahət edərkən yolda ölmüşdür və Arquello Kaliforniyanın ilk rahibəsi olmuşdur. Onların məhəbbəti haqqında Andrey Voznesenski "Yunona və Avos" (1981) adlı rok-opera yazmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rusiya imperiyasının səyyahları Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Şimali Amerikanın tədqiqatçıları Kateqoriya:Rusiya imperiyası siyasətçiləri Kateqoriya:Yaponiyadakı Rusiya qürbətçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri